Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəbhəyanı ərazilərdə minalar aşkarlanıb



Newscenter.az.30.01.2021. Yanvarın 27-29-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Cəbrayıl, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Qazax rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 10, Dövlət Sərhəd Xidmətindən 2 müraciət daxil olub.

ANAMA-dan bildirilib ki, daxil olmuş 12 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 16 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 119 ədəd partlamamış hərbi sursat (PHS), 59 ədəd piyada əleyhinə mina, 17 ədəd tank əleyhinə mina, 3 ədəd tank əleyhinə minanın partladıcısı, 4 ədəd bombacıq, 3 942 ədəd müxtəlif çaplı patronlar, 9 ədəd avtomat darağı (boş vəziyyətdə) və 8 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 14 415 094 kv.m (1 441 ha) ərazi yoxlanılıb, 118 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 291 tikili yoxlanılıb.

Agentliyin partlayış qrupu tərəfindən 204 ədəd partlamamış hərbi sursat (PHS) və mina zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 97 398 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Xəbəri paylaş