Newscenter.az.30.01.2021. İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, yanvarın 28-də keçirilmiş monitorinqlər zamanı Xəzər rayonunda Elçin İbrahimova, Elşən Ağayevə məxsus mağazalarda, Nərimanov rayonunda Elşən İmanova məxsus ticarət obyektində, Valeh Bədəlova məxsus sexdə, Yasamal rayonunda “Ştutqart” MMC-yə məxsus mağazada, Tərgül Hacıyevaya məxsus iaşə obyektində, Nizami rayonunda Ədalət İbrahimova, Şahin Mehdiyevə, Vüqar Abbasova, Elmar Yusifliyə məxsus pərakəndə ticarət obyektlərində, Suraxanı rayonunda Qədim Qafarova məxsus daş sexində, Binəqədi rayonunda Sübhan Adıgözəlova məxsus sexdə, “Öz Star” MMC-yə məxsus mağazada, Qaradağ rayonunda “Uluxanlı market”də, Səbail rayonunda Niyazi Namazova məxsus mağazada, ümumilikdə, 15 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.