Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Birgə Monitorinq Mərkəzi Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığının əyani təzahürüdür”



Newscenter.az.30.01.2021. "Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin yaradılması 10 noyabr 2020-ci il tarixli bəyanatın 5-ci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılmasına xidmət edir. Bu, əslində mümkün insidentlərin qarşısının alınmasının, araşdırılmasının təmin edilməsi üçün effektiv nəzarət mexanizmidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev noyabrın 10-da xalqa müraciətində də bildirmişdi ki, qardaş Türkiyə rəsmi qaydada münaqişənin həlli və atəşkəsə nəzarət işində rol oynayacaq:

"Hazırda mərkəzin fəaliyyətə başlaması Azərbaycanın siyasi iradəsinin və 10 noyabr bəyanatının müddəalarının reallaşması deməkdir. Mərkəzin fəaliyyətə başlaması Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin reallaşmasının, güclü dövlət olan Azərbaycanın strateji hədəflərə çatmaq imkanlarının, habelə Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığının əyani təzahürüdür. Bu tərəfdaşlıq Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün böyük önəm kəsb edir".

Könül Nurullayeva onu da diqqətə çatdırıb ki, ümumiyyətlə, Türkiyə hərbçilərinin azad olunmuş ərazilərdə xidmətə başlaması regionda yaranmış yeni geosiyasi reallığın nəticəsidir:

"Gələcəkdə regionda daha geniş əməkdaşlıq planlarının gerçəkləşdirilməsi üçün yeni imkanlar yaranır. Mərkəzin yaradılması və fəaliyyətə başlaması Prezident İlham Əliyevin irəli sürdüyü 3+3 formatının reallaşması istiqamətində növbəti uğurlu addımdır".

Anar
Xəbəri paylaş