Newscenter.az.30.01.2021. Hazırda ölkəmizin inkişafı üçün yeni imkanlar açılıb və biz yaranmış imkanlardan maksimum şəkildə faydalanmalıyıq. Vətən müharibəsində əldə etdiyimiz Qələbə bütün sahələrdə inkişaf dinamikasına yol açır. Məlumdur ki, hazırda işğaldan azad olunmuş ərazilərimizdə bərpa prosesinə start verilib. Bu prosesdə əsas istiqamətlərdən biri yüksək texnologiyaların səmərəli şəkildə tətbiqidir. İşğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası olması, aqrar sahədə tətbiq olunacaq müasir texnologiyalar nəticə etibarilə bu zonanın yüksək texnoloji inkişaf ərazisi olmasını şərtləndirir. Azərbaycan dövlətinin siyasi iradəsi və potensialı bunu reallaşdırmağa imkan verir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputatın sözlərinə görə, yeni tərəfdaşların da prosesə cəlb olunması üçün perspektivlər mövcuddur. Dünyanın nüfuzlu və inkişaf etmiş ölkələri ilə qurulan yüksək səviyyəli münasibətlər bu sahədə də effektiv nəticələr verməkdədir: “Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində görüşlər keçirdiyi nüfuzlu şirkətlərin gələcəkdə ölkəmizə cəlb olunması bu sahədə daha böyük uğurların əldə olunmasına imkan yaradır. Ümumiyyətlə, Azərbaycanda bütün sahələrdə inkişaf texnologiyaların inkişafı ilə paralel şəkildə davam edir”.
K.Nurullayeva qeyd edib ki, dövlətimizin başçısının qarşıya qoyduğu əsas hədəflərdən biri də texnologiyaların inkişafı sahəsində atılan addımlara istedadlı gənclərin cəlb olunmasıdır. Potensialı yüksək olan gənclərimiz öz bilik və bacarıqlarını Azərbaycanın inkişafı istiqamətinə yönəldirlər: “Prezident İlham Əliyevin də vurğuladığı kimi, istedadlı insanların fəaliyyəti daha düzgün təşkil edilməlidir ki, Azərbaycan texnologiyaların istehsalçısı kimi də öz rolunu oynasın və öz sözünü desin. Qarşıya qoyulan hədəflərə uyğun düzgün kadr təminatı bütövlükdə ölkənin inkişafına təkan verən amillərdəndir.
Anar