Newscenter.az.30.01.2021. “Növbəti tədris ilində qiymətləndirmə ilə bağlı hansısa bir dəyişikliklərə getmək olar deyə düşünürəm".
Bunu təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda 4 min 400 məktəb var:
“Həmin məktəblərdə dezinfeksiya işlərinin aparılması və sanitariya qaydalarına əməl olunması ilə bağlı göstəriş vermişik. Zaman-zaman biz həmin məktəbləri yoxlayırıq. Sentyabrda məktəblər açıq olan zaman bir neçə yüz məktəb yoxlanıldı. Təəssüf ki, onlarla məktəb direktoru barədə bu qaydalara əməl etmədiklərinə görə onlar barəsində tədbir görülüb”.