Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazirliyin əməkdaşları qocaman rabitəçiyə baş çəkib



Newscenter.az.30.01.2021. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları sosial məsuliyyət tədbiri həyata keçiriblər.

Newscenter.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və “Bakı Telefon Rabitəsi” MMC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri hazırda səhhətində ciddi problemlər yaranmış peşəkar və qocaman rabitəçi Xankişi Kişiyevi ziyarət edib.

Kişiyev Xankişi Feyruz oğlu 1990-1993-cü illərdə Bakı Telefon Rabitəsi İstehsalat Birliyində Baş mühəndis və 1993-cü ildən 2016-cı ilə qədər “Bakı Telefon Rabitəsi” MMC-nin baş direktor müavini vəzifəsində çalışıb.

Sevinc
Xəbəri paylaş