Newscenter.az.30.01.2021. Dağlıq Qarabağ üzrə Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupun iştirakçıları daşınmalar və onların təhlükəsizliyinin təminatı, həmçinin nəzarət məsələləri üzrə ekspert yarımqruplarını yaratmaq barədə qərar qəbul ediblər.
“Report” xəbər verir ki, bu barədə qrupun iclasının nəticəsinə görə Rusiya Federasiyasının baş nazirin müavini Aleksey Overçuk bildirib.
O, qeyd edib ki, tərəflər dəmir yolu, avtomobil, daşınmaların təminatı, təhlükəsizlik daxil olmaqla, sərhəd, gömrük, sanitar, baytarlıq, fitosanitar və nəzarətin başqa növləri növbəti ekspert yarımqruplarını yaratmağa razılaşdırıblar", - Rusiya Federasiyasının Nazirlər Kabinetinin saytında yerləşdirilmiş xəbərdə deyilir.
Yarımqrupların formalaşmasının 2 fevrala qədər yekunlaşdırılması planlaşdırılır.