Newscenter.az.30.01.2021. İkinci Qarabağ müharibəsində zərərsizləşdirilmiş daha 15 erməni hərbçinin meyiti tapılıb.
“Report” xəbər verir ki, bunu qondarma rejimin “Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti” açıqlayıb.
Məlumata görə, 13 hərbçinin qalıqları Cəbrayılda, 1-i Xocavənddə aşkarlanıb, digərini isə Azərbaycan tərəfi təhvil verib.
Meyitlər tanınmaz halda olduğu üçün kimliklərini müəyyənləşdirmək mümkün olmayıb. Ona görə də məhkəmə-tibbi ekspertizanın aparılması lazım olacaq.
Axtarış işləri bu gün Hadrut və Qubadlı istiqamətində davam etdiriləcək.
Qeyd edək ki, yanvarın 29-dək döyüş bölgəsindən 1 344 erməninin qalıqları aşkarlanıb.