Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə müdafiə nazirinin müavini: "Bundan sonra da azərbaycanlı qardaşlarımızla həmrəy olacağıq"



Newscenter.az.30.01.2021. “Türkiyə, Rusiya və Azərbaycan arasındakı bu əməkdaşlıq ilə qarşılıqlı etibar və dost münasibətlərin daha da güclənəcəyi, xüsusilə Azərbaycan və Ermənistan arasında mehriban qonşuluq münasibətlərinə yol açacağına töhfə verəcəyinə inanırıq”.

“Report” xəbər verir ki, bunu Türkiyə milli müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışında söyləyib.

“Türkiyə olaraq bu günədək olduğu kimi, bundan sonra da azərbaycanlı qardaşlarımızla həmrəy olacağımızı bildirir, bu Mərkəzin bölgənin sabitliyinə töhfə verəcəyinə və bu prosesin problemsiz tamamlanacağına ümid edirik”, - nazir müavini bildirib.
Xəbəri paylaş