Newscenter.az.30.01.2021. Azərbaycanda ali təhsil müəssisələrinin fevralın 15-də gözlənilən açılışının təxirə salınacağı proqnozlaşdırılır.
“Report”un əldə etdiyi məlumata görə, bunun ölkədə koronavirus infeksiyasının yeni ştammının yayılmasının qarşısının alınması ilə əlaqədar olduğu ehtimal edilir.
Hazırda bununla bağlı müvafiq qurumlar tərəfindən müzakirələrin aparıldığı və sanitar-epidemioloji vəziyyətin təhlil olunduğu barədə məlumatlar var.
Buna görə də, müzakirələrdən sonra ali təhsil müəssisələrinin açılıb-açılmayacağı ilə bağlı fevralın 10-da yekun qərar veriləcək.
Qeyd edək ki, dünyanın bir çok ölkələrində koronavirusun yeni mutasiyası sürətlə yayılıb.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili bərpa olunur. İbtidai sinif şagirdləri və məktəbəqədər hazırlıq qrupları üçün məktəblərdə dərslər qismən bərpa edilir. Belə ki, 1-4-cü siniflər üzrə əyani təhsilin iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpasına qərar verilib.