Newscenter.az.31.01.2021. Azərbaycanda son sutkada koronavirus infeksiyasına 153 yeni yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Newscenter.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 6 nəfər COVID-19-dan vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 230 219 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 223 315 nəfər müalicə olunaraq sağalıb, 3 132 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 772 nəfərdir.
Ötən müddət ərzində 2 408 050 test aparılıb. Bugünkü test sayı isə 6 330-dur.