Newscenter.az.31.01.2021. Cəmiyyətimiz və insanlarımız hər bir məsələni ironiya ilə ifadə etməyi bacarır. Ancaq hər şey kimi, onun da həddi olmalıdır məncə. Su kimi!
Özünün fələsfi duyğularını insanlığa çatdırmaq üçün zamanında sudan da geninə boluna istifadə etmiş dahi Nizamiyə həsr etdiyimiz ilə başlarkən suyun qiyməti artdı!
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da!
Hər şeyin qədərində etməli olduğunu çatdırmaq istəyən dahi şair, bu misrasında suyun nə qədər dəyərli olduğunu da çatdırır! Suyun qiymətinin artırılmasının tərəfdarı deyiləm, ancaq ona dəyər verilməməsini heç qəbul etmirəm.
Suyun dəyərinin artırılmasını buyursun lazımi qurumlar və iqtisadçılar əsaslandırsın. Bu da onların işidir! Onsuz da, dizel yanacağı kimi, əsaslandıra bilməyəcəklər. Çünki.... Onu da deməyim.
Çox təəssüflər olsun ki, biz sahib olduğumuz çox şeyə dəyər vermirik, o cümlədən də suya. Ən dəyərli olan suya hətta atalar sözlərimizdə belə lazımi dəyər verməmişik. Bəlkə də, elə ona görədir ki, həmin su bu gün bizə dəyərini çatdırmaq istəyir. Tarif Şurası vasitəsi ilə olsa da, o şuranın məqsədi başqadır, Suyunku başqa.
Hər bir halda ironik də olsa deyim ki, bu qiymət artımı suyun dəyərini bir anlıq gözümüzdə artırdı! Ancaq bu süni artım yox, təbii dəyər artımı lazımdır ki, onu heç bir şura artıra bilməz. Onu cəmiyyət və insanlar artırmalıdır! Sahib olduğumuz hər şeyin dəyərini bilək dostlar, bu gündən dəyəri 1 manata olacaq suyun da! Çünki, bədənimizin çox hissəsini təşkil edən suya dəyrə vermədən özümüzə də dəyər verə bilmərik!
Xəyal Bəşirov-siyasi ekspert