Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarif Şurasının qərarları ləğv edilməlidir



Newscenter.az.31.01.2021. "Benzinin, ardınca suyun qiymətinin qaldırılması ölkədə bütün sahələrdə bahalaşmaya gətirib çıxarır. Əhalinin sosial vəziyyəti hər keçən gün ağırlaşır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, ölkəyə daxil olan milyardlarla valyuta, təbii sərvətlərimizin qiymətlərinin qalxmamasına imkan verir:

"Ölkədə iqtisadi monopoliya, hüquqi sahədə problemler, iqtisadi sahədə rəqabətliyin təmin edilməməsi vəziyyəti çətinləşdirməyə doğru aparır. Ona görə də mütləq şəkildə islahatlara gedilməli və Avropa İttifaqı ilə assosiativ saziş bağlanmalıdır. Ölkədə əhalinin sosial müdafiəsi, maaşların artırılmasına ehtiyac var."

MCP rəsmisi qeyd edib ki, Azərbaycan artıq Avropaya qaz ixrac edir, ölkəyə daxil olan valyuta mənbələri şaxələnib. Ona görə də hakmiyyət eşalonunda bir çox məmur biznesmenlərinin qiymət qaldırma fəaliyyəti ölkənin milli təhlükəsizliyini təhdid edir:

"Hökumətin Tarif Şurasına tapşırığı əsasında qiymətlənlərin qaldırılmasının iqtisadi əsasları yoxdur. Qarabağda qalibiyyətli müharibədən sonra, ölkədə potensial şəkildə əhalinin sosial vəziyyətinin ağırlaşması istiqamətində Tarif Şurasının qərarları ləğv edilməlidir. İqtisadi və sosial problemlerin dərinləşməsi, demokratik islahatlarin aparılmaması bahalaşma şəraiti vəziyyətində biz Qarabağdakı ermənilərə necə deyə biləcəyik ki, gəlin ölkəmizdə firavan yaşayın. Biz ölkəmizi demokratik, iqtisadi cəhətdən inkişaf etdirməklə, erməniləri məcbur etməliyik ki, maraqlı olub bizim suverenliyimiz altında yaşamağa meyilli olsunlar".

Mehman
Xəbəri paylaş