Newscenter.az.1.02.2021. Ölkədə könüllülük fəaliyyətinin aktiv iştirakçısı olan “Gənc Könüllülər” Hərəkatına Bakı şəhəri üzrəkönüllü qeydiyyatı davam edir.
Newscenter.az-a daxil olan xəbərə görə, “Gənc Könüllülər” Hərəkatının üzvü olmaq istəyən gənclər “GencApp” mobil tətbiqi vasitəsiləvə ya genckonullu.az saytına keçid edərək onlayn qeydiyyat prosesini tamamlamalıdırlar. Müraciətlər qiymətləndirildikdən sonra meyarlara uyğun gələn gənclərtəlimat sessiyasına dəvət olunurlar.
“Gənc Könüllülər” Hərəkatı hər bir gəncin könüllü fəaliyyətini 5 mərhələli “Gənc könüllü yolu”na əsasən tənzimləyir. Bu mərhələlər könüllülərin asudə vaxtlarını səmərəli keçirməsinə, onların müxtəlif sahələrdə təcrübə qazanmasına, əyləncəli vaxt keçirməsinə və karyera yüksəlişinə nail olunmasına şərait yaradır.
Bundan əlavə,gənclərin inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək, könüllülər arasında müasir texnologiyalardan istifadə bacarıqlarının artırılmasına kömək etmək,könüllülər üçün müxtəlif mövzularda təlim və seminarların təşkil olunması, eləcə də könüllülük sahəsində beynəlxalq əlaqələrin qurulmasıda Hərəkatın əsas missiyalarına daxildir.
Qeyd edək ki, “Gənc Könüllülər ” Hərəkatı gənclərin inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq məqsədindən irəli gələrək, 7 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşəbbüsü iləyaradılıb.Hərəkatın başlıca məqsədi ölkənin rifahı üçün çalışan geniş könüllü təbəqəsini formalaşdırmaq, eləcə də gənclərin müəyyən istiqamətlər üzrə bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına dəstək göstərməkdən ibarətdir.
Sevinc