Newscenter.az.2,01,2021. Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyət göstərir.
Newscenter.az-a İctimai Birliyin sədri Hafiz Səfixanovun verdiyi xəbərə görə, rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin yanvar ayında 9 hadisə nəticəsində 10 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Nəticədə üç hərbçi və iki mülki şəxs həlak olub, dörd mülki şəxs və 1 hərbçi yaralanıb.
2021-ci ilin yanvar ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Füzuli, Ağdam, Tət-tər, Gubadlı, Cəbrayıl və Qaradağ rayonlarının ərazisində baş verib.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi bir daha mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.
Mehman