Newscenter.az.5.02.2021. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
"Sergey Lavrov ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. O, həmsöhbətini vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, nazir geniş spektr üzrə konstruktiv dialoqa hazırlığını ifadə edib", - xəbərdə deyilir.
Qeyd edilir ki, Xarici işlər nazirliklərinin rəhbərləri Rusiya və ABŞ prezidentləri arasındakı söhbətin beynəlxalq təhlükəsizlik və strateji sabitlik sahəsində vəziyyətin yaxşılaşdırılmasına kömək edəcək strateji hücum silahların məhdudlaşdırılması ilə bağlı müqavilənin beş il müddətinə uzadılması məmnuniyyətlə qarşılayıblar.
Bundan başqa, Rusiya və ABŞ rəsmilərinin telefon danışığında silahlanmalar üzərində nəzarətə də toxunulub.
Tərəflər həmçinin Ukraynada vəziyyəti və Suriyada və Liviyada münaqişələrin sülh yolla nizamlanmasına köməyi müzakirə ediblər.