Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda baş verən zəlzələ Azərbaycanda hiss olunub



Newscenter.az.5.02.2021. Bu gün yerli vaxtla saat 19:36-da Ermənistanda Göyçə gölünün yanında baş verən zəlzələ Azərbaycanın sərhəd rayonlarında – Qazax,Tovuz, Gədəbəy,Gəncədə 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, Ermənistanda Göyçə gölünün yaxınlığında yerli vaxtla saat 19:35-də zəlzələ qeydə alınıb.

Bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilib ki, 5.2 bal gücündə baş verən zəlzələnin episentri Gürcüstanla sərhəddən 81 kilometr aralıda, Azərbaycanla sərhəddə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
Xəbəri paylaş