Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaksinasiyaya randevu götürməyə start verildi-FOTOLAR



Newscenter.az.5.02.2021. Fevralın 8-dən etibarən İsmayıllıda COVID-19 infeksiyasına qarşı vaksinasiyanın növbəti mərhələsinə başlanılır. Bu mərhələdə 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunması nəzərdə tutulub. Xəstəxanada yaradılan vaksin otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

Məlumat üçün bildiririk ki, təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan əhaliyə - səhiyyə işçilərinə, müəllimlərə, hüquq-mühafizə orqanı əməkdaşlarına və yaşı 65-i ötmüş sakinlərə könüllülük əsasında vurulur. Vaksin immuniteti gücləndirmək yolu ilə COVID-19 infeksiyasından qoruyur, virusun ötürülməsini məhdudlaşdırır, ölüm hallarını minumuma endirir.

Newscenter.az-a Rayin Icra Hakimiyyətindən bildirilib ki, yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə qeydiyyat prosesi randevu.its.gov.az saytında onlayn keçirilir. Randevu sistemi yaşı 65 və yuxarı olan, həmçinin son 1 il ərzində COVID-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulur.

Onlayn qeydiyyatdan keçə bilməyənlər vətəndaşlar isə birbaşa Rayon Mərkəzi xəstəxanasının infeksion şöbəsinə və yaxud yaradılmış qaynar xəttdə (Mobil/whatsapp:+994705146064, şəhər nömrələri: 02028 5 10 60, 02028 5 53 63) müraciət edə bilərlər.

Eyni zamanda Rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılmış mobil qruplar tərəfindən yaşı 65–dən yuxarı insanlarla görüş keçirilməklə, onların vaksinasiya olunması üçün maarifləndirilmə işləri davam etdirilir. Həmçinin onların razılığı olduğu halda onlayn qeydiyyatdan keçirilməsinə köməklik göstərilir. Bundan əlavə, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə bildirişlər hazırlanıb vətəndaşlara paylanılır, onlara bu işlərdə lazımı dəstək göstərilir.

Vətəndaşlara bildirmək istəyirik ki, “Biz Birlikdə Güclüyük” şuarı ilə bir olub pandemiyadan tamamilə qurtulmaq üçün vaksinasiya tədbirlərində fəal iştirak etməliyik.

Anar
Xəbəri paylaş