Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Britaniya səfiri Qarabağ səfərilə, Ermənistan və onun Rusiya kimi havadarlarına mesaj verdi



Newscenter.az.6.02.2021. Diplomatik korpus nümayəndələri Prezidentin köməkçisi Hikmət Hacıyevin müşaiyətilə işğal zonasını müşahidə ediblər. Böyük Briyaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ermənilərin dagıtdığı Cəbrayıl şəhərinin xarabalıqlarını seyr edərkən dəhşətə gəlib, ruhlar şəhəri adlandırıb.

C. Şarp qeyd edib ki, burada dağıntının miqyası böyükdür, və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri aparılmalıdır:
“Görüləcək çoxlu işlər var, bu ərazilərin durumu öyrənilməli, minalardan təmizlənməlidir. Daha sonra işğaldan azad olunmuş ərazilər Britaniya şirkətləri üçün burada bərpa olunan enerji, kənd təsərrüfatı, turizm baxımından maraqlı olacaq".
Böyük Britaniya səfirinin işğaldan azad edilmiş Qarabağ bölgəsinə baxış keçirən bu diplomatik korpusdakı şəxsən iştirakı və orada çıxışı ciddi və incə siyasi mənalı addımdir gedişdir əslində. Böyük Britaniya əsasən, Qərbin siyasi gövdəsi olmaqla, həlledici sözə malik qüdrətli dövlətdir. Necə ki, müharibə dövrü BMT TŞ-nın üzvü kimi orada qətiyyətlə bizə tərəf, ermənilərə əks oldu.
Britaniya səfiri Qarabağ səfərilə, Ermənistan və onun Rusiya kimi havadarlarına mesaj verdi ki:

- Qərb Azərbaycanın bütövlüyünü tam-Qarabağ bölgəsi ilə birlikdə tanıyır. Bu bölgənin işğalı və xaraba günə qoyulmasını lənətli pisləyir, qınayir və Azərbaycanın savaş və zəfər haqqını tanıyır.
- Böyük Britaniya, Qərb Qarabağı Azərbaycanın bir daha tərkib hissəsi kimi bilməklə, bu region üzrə bütün sahələdə quruculuq işlərində iştirak etməkdə qərarlı, ölkənin inkişafında maraqlıdır.

Aydın olur ki, Qərb Qarabağ savaşı dövrü bizim Azərbaycanın üstüörtülü tərəfində idisə, indiki postmüharibə dövrü ölkəmizin tam suverenliyi, təhlükəsizliyi və həm güclu inkişafı tərəfindədir.
Bunun da əsas iki səbəbi olduğunu düşünək:

1. Azərbaycanın Qərbə, Avropaya geopolitik və iqtisadi, tranzit və s. cəhətdən, maraqlı olması,
2. Azərbaycan rəhbərliyinin bu illərdə Rusiyanın təsirindən qopma suverenliyi qətiyyəti, həm də, müasir dünya Qərb-Avropa ilə etibarlı və istinad ediləcək qədər, balanslı bir əməkdaşlıq siyasəti.
Proseslər göstərir ki, zaman, şərait, dünya, tale Azərbaycanın müstəqil, güclu, firavan, inkişaflı dövlətə, regionun geosiyasi, iqtisadi mərkəzinə çevrilməsi yönündədir.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin sədri
Xəbəri paylaş