Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Abonentlərə təbii qazdan istifadəyə görə SMS bildirişlərin göndərilməsinə başlanır



Newscenter.az.8.02.2021. “Azəriqaz” İstehsalat Birliyi abonentlərə təbii qazdan istifadəyə görə SMS bildirişlərin göndərilməsinə başlayır.

Newscenter.az Istehsalat Birliyinə istinadən xəbər verir ki, yaxın 10 gün ərzində bu prosesi tam reallaşdırmaq qarşıya məqsəd qoyulub. İlkin olaraq Bakı şəhəri və Abşeron yarımadası üzrə borcu ən azı 10 manat olan 40 min abonentə SMS bildirişlərin göndərilməsi nəzərdə tutulub. Sonrakı mərhələdə isə proqram təminatı təkmilləşdirilməklə, bildirişlərin göndərilməsinin əhatə dairəsi genişləndiriləcək.

"Sizdən xahiş edirik ki, istifadənizdə olan mobil telefon nömrəsini və qaz sayğacının fotosunu 077 3 104 104 saylı whatsap nömrəsinə göndərin. Məlumatlarınız abonent bazasının mövcud məlumatları ilə bir daha yoxlanılacaq. Əgər bazada ümumiyyətlə yoxdursa, əlavə ediləcək".

Sevinc
Xəbəri paylaş