Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Arayik Arutunyanın həbsi indiki situasiyada mümkün deyil-SƏBƏB?



Newscenter.az.13.02.2021. “Azərbaycan rəsmilərinin Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin rəhbəri Rustəm Muradovun iştirakı ilə separatçı rejimin rəhbəri Arayik Arutunyanla əsir və itginlərlə bağlı görüşməsi qeyd edilir. Ermənistan mətbuatı bunu Azərbaycanın "DQR prezidenti" ilə görüşür ki, kimi qeyd etməsi sadəcə absurddur”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Azərbaycan heç bir vaxt oradakı separatçıları tərəf kimi qəbul etməyib və ermənilərə də müstəqillik verməyəcək:

“Ermənistan tərəfi " status" deyəndə əsasən müstəqlliyi nəzərdə tutur. Əgər, belə bir görüş keçirilibsə, oradakı ermənilərin Azərbaycanın tərkibinə reinteqrasiyasına əsaslanmalıdır. Və Azərbaycanın bundan sonra, birbaşa erməni icması ilə əlaqələr qurmasında problem olmamalıdır. Amma, Arayik Arutunyan, Vitalı Balasanyan cinayətkardı və onların həbsi mütləqdir”.

Politoloq hesab edir ki, Azərbaycan tərəfi belə bir görüş keçiribsə, əsasən bir neçə amilə əsaslanır:

“Birinci, Azərbaycan göstərmək istəyir ki, buradakı ermənilərlə problemi yoxdur və onları öz vətəndaşları kimi qəbul edir. İkinci, Azərbaycan bunu artıq daxili probelmi kimi göstərir və Xankəndiyə gedə bilərəm mesajını verir. Üçüncü, Azərbaycan göstərmək istəyir ki, heç vaxt buradakı ermənilərə "müstəqillik" verməyəcək. Bu görüşdə yerli silahlı erməni birləşmələrinin ləğvinin də danışıqlar predmeti olmasını istisna etmirəm. Azərbaycanın ordakı separatçıları həbs etməsinə gəldikdə isə, indiki situasiyada bu mümkün deyil”.

Polittoloq deyib ki, belə bir görüş barədə ictimaiyyətə məlumat verilməlidir:

“Danışıqların gedişatına gəldikdə isə, onun uğursuz olması mümkündür. Buna baxmayaraq Azərbaycan öz psixoloji üstünlüyünü ələ alıb və ermənilər burada özlərini əvvəlki tək rahat hiss etməyəcəklər. Rusiya çalışacaq ki, ermənilərlə Azərbaycan arasında mümkün barışa imkan verməsin. Bu, Rusiyanın geosiyasi maraqlarından irəli gəlir”.

Mehman
Xəbəri paylaş