Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Ordusunun itkin düşən əsgərinin nəşi tapılıb



Newscenter.az.13.02.2021. Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir əsgərinin nəşi tapılıb.

“Report”un xəbərinə görə, əsgər Məmmədli Cavidan Valeh oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

C.Məmmədli doğulub boya-başa çatdığı İmişli rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, İmişli rayon sakini C.Məmmədli Vətən müharibəsinin ilk günlərindən döyüşə atılıb. Oktyabrın əvvəlindən onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb.

Allah rəhmət eləsin!
Xəbəri paylaş