Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat şəhid ailəsinin qayğıları ilə maraqlanıb-FOTOLAR



Newscenter.az.13.02.2021. "Növbəti dəfə Goranboy rayonu Rəhimli kəndində şəhidimiz Məmmədov İbrahim Nadir oğlunun məzarını ziyarət edib, şəhid ailənin qayğıları ilə maraqlanıb, vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışdıq".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov səsləndirib. O, qeyd edib ki, bu görüşdə ailə üzvlərinin qəhrəmanımız haqqında qürurla danışdıqları hekayələri dinlədik və onların vətənpərvərliklərinə bir daha heyran olduq:

"Şəhid övladı ilə qürur duyan anaların əllərindən öpür, atalarının qarşısında baş əyirik. Daim şəhidlərimizin ailələrinin qayğısına qalmalı, problemləri ilə yaxından maraqlanıb həlli üçün əlimizdən gələni etməliyik. Ziyarətlərimiz davam edəcək. Allah bütün şəhidlərimizə rəhmət etsin! Ruhları şad olsun!".

Anar

Xəbəri paylaş