Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyaca məşhur Netflix şirkəti öz filmində Azərbaycanlı alimə istinad etdi



Newscenter.az.13.02.2021. Azərbaycan elmində bir ilkə imza atıldı.. Dünyaca məşhur "Netflix" filmi siyasi elmlər üzrə fəlsəfə doktprux dosent, AMEA-nın əməkdaşı Zaur Əliyevin İndoneziyada İslamın Azərbaycanlı tərəfindən gətirilməsinə aid araşdırmasını bu günlərdə rejissoru və ssenaristi Monti Tiua, həmsenaristi Alim Sudion olan İndoneziya istehsalı olan "Leyla-Məcnun" filmində istifadə edib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Zaur Əliyev özü verib. Bildirib ki, film Bakıda və İndoneziyada çəkilib:

"Qeyd edim ki ,filmdə istinad məhz İndoneziyada İslamı yayan Malik İbrahim barədə araşdırmama aiddir. Qeyd edim ki, İslamı İndoneziyaya XIV əsrdə yaşayan və Səmərqənddən gələn Malik İbrahim adlı din xadimi gətirib. Mənbələrə görə, o, Səmərqəndə Xəzərin sahilindən, daha doğrusu, Azərbaycandan gəlib. O, Səmərqənddə islamı öyrənirdi, sonra İndoneziyaya gəldi. Beləliklə, islam İndoneziyada azərbaycanlılara görə yayılıb”.

Zaur Əliyevin sözlərinə görə, ilk dəfədir ki, Netflix kimi məşhur bir şirkət öz filmində Azərbaycanlı alimə istinad edir. Bu mənim üçün sevindirici bir andır. Araşdırmam dünya şöhrətli şirkətin filimində səsləndirilir.
Xəbəri paylaş