Newscenter.az.13.02.2021. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Newscenter.az-a DGK-dan bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Hava Limanında rentgen aparatından kecirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub.
Yoxlama zamanı çamadanda olan şəxsi əşyaların arasındakı iki ədəd səsgücləndiricinin içərisində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 4 ədəd şəffaf polietilen bükümdə ümumi çəkisi 302 qram olan 1000 ədəd MDMA (metilendioksimetamfetamin) psixotrop maddə və çəkisi 89, 679 qram olan narkotik vasitə - kokain aşkar edilib.
Xatırladaq ki, MDMA (metilendioksimetamfetamin) "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir və onun təsiredici maddəsinin ümumi miqdarı 145 qramdır.
Faktla bağlı araşdırma aparılır.
Sevinc