Newscenter.az.14.02.2021. Azərbaycanda son sutkada koronavirus infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 232 123 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 654 nəfər müalicə olunaraq sağalıb, 3 180 nəfər vəfat edib. Hazırda 2 289 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 647, bu günə qədər isə ümumilikdə 2 501 845 test icra olunub.