Newscenter.az.14.02.2021. Bakı Dövlət Universitetinin Elmi Kitabxanası, ötən il olduğu kimi, bu il də 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Lənkəran Dövlət Universitetinin Kitabxanasına kitablar hədiyyə edib.
Newscenter.az təhsil ocağına istinadən xəbər verir ki, Lənkəran Dövlət Universitetində tələbələrin daha çox ehtiyac duyduqları ədəbiyyat toplanaraq kitabxanaya bağışlanıb.
Bu gün təqvimdə ən gənc bayramlardan hesab edilən "Beynəlxalq kitab bağışlama Günü" (“International Book Giving Day”) artıq dünya əhalisi tərəfindən geniş qeyd edilir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Kitab bağışlamaq təşəbbüsü bütün dünyada dəstək qazanıb və bu gün kitab bağışlayan, kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. Hər il minlərlə kitab dünyanın bütün istiqamətlərinə yola düşür və insanlarda kitaba, mütaliəyə məhəbbət yaradır.
R.Mehdiyeva