Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neftçalada təhsil müəssisələrində təlim- tərbiyə prosesinin başlanması üçün hazırlıq işləri yekunlaşıb



Newscenter.az.14.02.2021. Nazirlər Kabibeti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejiminin yumşaldılmasından sonra Neftçala rayonunda yerləşən şəhər, qəsəbə və kəndlərdə olan məktəbəqədər təhsil müəssisələrində (körpələr evi- uşaq bağçalarında) təlim-tərbiyə prosesinin başlanması üçün bütün lazımi hazırlıqlar görülüb.

Koronavirus (COVİD-19) pandemiyası dövrü ərzində bağçaların hər birində karantin rejiminin qaydalarına əməl edilərək bütün təmizlik abadlıq işləri görülüb, bağçaların daxili və həyətyani sahələri təmizlənərək təlim-tərbiyə prosessinin başlanması üçün hazır vəziyyətə gətirilib. Bağçalarda cari təmir işləri görülüb, uşaq çarpayıları, stol və stullar yenilənib. Bütün bağçalarda koronavirus (COVİD 19) pandemiyası üçün nəzərdə tutulan maarifləndirici məlumatlar paylanılır, vətəndaşların görə biləcəyi və oxuya bildikləri yerlərə maarifləndirici məlumatların yapışdırılması prosesi davam etdirilir.

Newscenter.az xəbər verir ki, Neftçala rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidovun tapşırığı ilə bütün Neftçala rayonu üzrə körpələr evi- uşaq bağçalarında bütün profilaktik tədbirlər görülüb. Neftçala şəhər, qəsəbə və kəndlərdə körpələr evi- uşaq bağçalarında təmizlik və dezinfeksiya tədbirləri tamamilə başa çatdırılıb.

Neftçala Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul şəxslərinin iştirakı ilə onlayn qaydada şəhər, qəsəbə və kəndlərdə olan məktəbəqədər təhsil müəssisələrində (körpələr evi- uşaq bağçalarında) təlim-tərbiyə prosesinin başlanması ilə əlaqədar görüş keçirilib.

Anar

Xəbəri paylaş