Newscenter.az.15.02.2021. 12-14 fevralda "Turizm Könüllüləri" Təşkilatı İctimai Birliyinin üzvləri “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin ərazisində hərəkətin idarə olunması işində iştirak ediblər.
Newscenter.az-a Dövlət Turizm Agentliyindən bildirilib ki, turizm könüllüləri proses müddətində qonaqların COVID-19 pandemiyası dövründə sanitariya və gigiyena qaydalarına riayət etməsinə təşviqi və onların xidmətlərlə bağlı məlumatlandırılmasını həyata keçiriblər.
Fəaliyyət çərçivəsində qonaqların tibbi maskadan istifadə etməsi, kassa xidmətinə növbəli şəkildə buraxılışı və qonaqlar arasında ara məsafəsinin qorunması təmin edilib.
Qeyd edək ki, qış mövsümünün sonunadək "Turizm Könüllüləri" Təşkilatı İctimai Birliyi tərəfindən bu addımın davamlı icrası planlaşdırılır.
Sevinc