Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağsuda yas mərasimi təşkil edənlər cərimələndi



Newscenter.az.22.02.2021. Ağsu Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb və xüsusi karantin rejimi qaydalarını pozduqları üçün 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Xəbəri paylaş