Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hüquqşünas Əli İbrahimov yazır: İntihar problemi artıq bütün dünyada qlobal xarakterlidir



Newscenter.az.22.02.2021. Son dövrlər Azərbaycanda intiharlar – xüsusilə də gənclərin özünəqəsd halları sürətlə artır. Bu insanlar cəmiyyət tərəfindən basqılar, ailədaxili problemlər və bu kimi bir sıra narahatlıqlardan, dözülməz vəziyyətlərdən qaçmaq üçün intihar yolunu seçir. Amma yəqin ki, başqa səbəblər də var...

İntihar edən şəxs müəyyən dövrlərdə depressiyada olduğunu, heç kimlə əlaqə saxlamaq istəmədiyini yaxınlara desə də, adətən, çevrəsi tərəfindən buna məhəl qoyulmur. Araşdırmalar nəticəsində aydın olub ki, intihar nəticəsində ölən hər yeniyetmə həyatında ən azı bir dəfə intihar etmək istədiyini kiməsə deyib.

Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərinin fikrincə, intihar problemi artıq bütün dünyada qlobal xarakterlidir. Müxtəlif statistik məlumatlara görə, dünyada intiharlar nəticəsində ölənlər sayı müharibə nəticəsində ölənlərdən coxdur.

Hazırda intiharların səbəbi təkcə-sosial iqtisadi problemlərdən qaynaqlanmır. İnsanlar həyata köklənə bilmirlər, çarəsizlik və mənasızlıq duyğuları adamların çoxuna hakim kəsilib. Baxırsan ki, intihar edənlərin əksəriyyəti normal, sakit, həyatda sevilən, qanacaqlı və digər müsbət keyfiyyətləri ilə seçilənlərdir. Hətta bir çoxlarının işi-gücü, pulu da var, lakin yenə də intihar edir. Normal halda insan kəskin şəkildə melanxolik düşüncədə olanda, ümidsizlik, inamsızlıq hiss edəndə, həyatın mənasızlığını fikirləşəndə, adamlara qarşı duyduğu inam və etibarını tam itirəndə intihara meyl edir, özünə qəsd edir.

Çarəsizlik yoxdur əslində. Çünki baxırsan ki, yaşadığı ölkədə bu kimi adamlardan küsübsə və ya yaşadığı ölkədə həyat artıq mümkün deyilsə, çıxıb xaricə getmək şansı var. Necə ki, bunu bir çoxları edir. Bəs bu intihar edənlər niyə belə davranmır? Bir çarə yoxdumu? Elə mütləq ölümə əl atmalıydılarmı? Demək ki, bu təkcə-sosial iqtisadi bir səbəbdən baş vermir. Ağıl məntiq qəbul etmir. Məntiqi səbəb axtarıb tapa bilməyəndə köməyə psixologiya gəlir. Duyğu, davranış, düşüncə üçbucağında hardasa bir "probka”, bir tıxanma var. Bilirsiniz, elə bilirik ki, bizim davranışlarımızın, hərəktlərimizin səbəbkarı şüurludur. Hər şeydə ağıl, məntiq axtarırıq. Lakin elə deyil. Hərəkətlərimizin, davranışlarımızın çoxu şüuraltı səbəbdən baş verir. İnsan necəsə arzuolunmaz bir iş görür, tutalım 1 saniyənin içində refleks kimi anidən bir iş tutur. Heç fikirləşsəydi bunu edə bilməzdi.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş