Ankarada Azərbaycan və Türkiyə XİN başçılarının görüşü başlayıb
Tarix: 23-02-2021, 19:55
Newscenter.az.23.02.2021. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüş geniş tərkibli formatda baş tutub.
Qeyd edək ki, C.Bayramov Ankaraya işgüzar səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul edilib.