Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Meyiti aşkarlanan 5 nəfərdən ikisi AzTU-nun tələbəsi olub



Newscenter.az.24.02.2021. Fevralın 23-də saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində meyiti aşkarlanan 5 nəfərdən daha biri, Allahverdiyev Şikar İdris oğlu da Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi olub.

Newscenter.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib.

O qeyd edib ki, Ş.Allahverdiyev Energetika və avtomatika fakültəsinin II kurs əlaçı magistrantı olub: "Şikar Allahverdiyev ali təhsilin bakalavriat səviyyəsini də AzTU-da fərqlənmə ilə bitirmişdi. Universitetin rəhbərliyi və kollektivi Şikar Allahverdiyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".

Qeyd edək ki, 5 nəfərdən biri, Əliyev Lətif Rəşad oğlu da AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin I kurs tələbəsi olub. Lətif Əliyev AzTU-nun nizam-intizamlı tələbələrindən olub, dərslərini yaxşı oxuyub. O, sonuncu dəfə ötən gün onlayn dərslərdə iştirak edib.
Xəbəri paylaş