Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əcnəbi jurnalistlər “Zəfər yolu”nun çəkilişi ilə tanış olub



Newscenter.az.27.02.2021. Erməni işğalından azad edilmiş Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarına səfəri çərçivəsində bir sıra xarici KV nümayəndələri Füzulidən Şuşaya çəkilən “Zəfər yolu”nun çəkilişi ilə tanış olublar.

“Report” xəbər verir ki, əcnəbi KİV nümayəndələri yolun tikintisi Azərbaycanın “AzVirt” inşaat şirkətinə həvalə olunan hissəsində olublar.

Ümumilikdə Füzulidən Şuşaya çəkilən “Zəfər yolu”nun uzunluğu 102 km-dir. İnşaat işləri dörd şirkətə, o cümlədən Türkiyə şirkətinə həvalə edilib.

“AzVirt” bu yolun 24 kilometrlik hissəsini çəkir.

Daha əvvəl “Zəfər yolu”nun bu ilin avqust ayının sonunadək istismara verilməsinin planlaşdırıldığı açıqlanmışdı.
Xəbəri paylaş