Newscenter.az.27.02.2021. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və dəstəyi ilə gürcü jurnalistlər və ekspertlərin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə səfəri təşkil edilib.
Newscenter.az Azərbaycanın Gürcüstandakı səfirliyinə istinadən xəbər verir ki, səfər 27 fevral tarixindən başlayaraq, 1 mart 2021-ci il tarixinədək davam edəcək.
Gürcüstanın qabaqcıl Pirveli TV, Mtavari Arkhi, Imedi TV, POS TV kanallarının jurnalistləri tərəfindən səfər cərcivəsində işğaldan azad olunmuş Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdərə və Kəlbəcər rayonları, həmçinin, Suqovuşan və İstisuda çəkilişlərin aparılması nəzərdə tutulur.
Mehman