Newscenter.az.27.02.2021. “Ötən gün Ermənistan hərbi hissəsinin bir qrup hərbiçiləri Qarabağa göndərilmərinə etiraz edərək hərbi hissəni tərk ediblər. Göründüyü kimi Ermənistan hökumətinə tabe olamayan Baş Qərargah vəziyyəti gərginləşdirmək üçün Azərbaycan ərazisinə, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına 10 noyabr Bəyannaməsinə zidd olaraq hərbiçilər göndərir”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, erməni hərbiçilərinin mülki geyimdə Laçin dəhlizindən keçirilməklə, Qarabağda yerləşdirilməsinə çalışılır:
“Qeyd edim ki, silahlı erməni birləşmələri sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərdə qalmaqdadır və buradakı separatçı rejim silahlı erməni birləşmələrinin sıralarına canlı qüvvə tapa bilmir. Bunu Ermənistan hərbiçiləri hesabına etməyə çalışır. Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan ərazilərinə indiki situasiyada hərbiçilər göndərmək marağında deyil. Çünki, yenidən problemlərin ortaya çıxmasına gətirb çıxaracaq və Azərbaycan hərbi əməliyyatlara başlaya bilər. Demək, Rusiyanın nəzarətində olan, çevrilişə cəhd edən Baş Qərargah rəisi Onik Qasparyan Rusiyanın təlimatı ilə Azərbaycan ərazilərinə hərbiçilər göndərir. Rusiya sülhməramlı qüvvələri də bu prosesə nəzarət edir”.
Politoloq deyib ki, hazırda Ermənistan öz sərhədlərini qorumaq üçün kifayət qədər hərbiçiyə malik deyil:
“Belə olan təqdirdə, hökumətin Qarabağa Azərbaycan ərazisinə hərbiçi göndərməsi mümkün deyil. Bu, birbaşa müharibəyə hazırlıq kimi dəyərləndirilə bilər. Ermənistan vətəndaşları da Qarabağa hərbiçilər göndərilməsinə qarşıdır. Baş Qərargah rəisi Onik Qasparyan revanşistlər qrupuna daxildir və Ermənistan hökumətindən xəbərsiz Qarabağa hərbiçi göndərir. Azərbaycanın artıq "Laçın Dəhlizində" post qoyması zəruridir. Sabah, Ermənistanda belə adamlar hakimiyyətə gələcəksə, Rusiyanın təlimatı ilə Qarabağa silah-sursat və hərbiçilər göndərəcək. Məhz prezident İlham Əliyev bir neçə gündür ki, sülhməramlılarla bağlı narazılığını bildirir və Moskavaya açıq mesaj verir. Vəziyyəti gərginləşdirən Kremldi. Və Azərbaycan Ermənistan arasında sülh müqaviləsi bağalamaqda maraqlı deyil”.
Mehman