Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocalı faciəsində şəhid olanların əziz xatirəsi İsmayıllıda yad edilib



Newscenter.az.27.02.2021
. Tarixi düşmənlərimiz olan ermənilərin yalnız Azərbaycana deyil, bəşəriyyətə qarşı törətdiyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar pandemiya qaydaları gözlənilməklə rayonun bütün idarə və təşkilatlarında müxtəlif məzmunlu onlayn konfranslar, görüşlər silsilə tədbirlər ardıcıl olaraq həyata keçirilib. Xocalıdan olan məcburi köçkünlər evlərində ziyarət olunub.

Newscenter.az xəbər verir ki, gün ərzində “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli şəkildə mövcud karantin qaydalarının tələbinə uyğun olaraq həyata keçirilmişdir. Kəndlərdə şəhid məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Saat 17:00-da Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anar

Xəbəri paylaş