Newscenter.az.28.02.2021. Milli Məclisin deputatı Könül Nurullayeva Bakı şəhəri Nizami rayonu sakinləri ilə növbəti səyyar qəbul həyata keçirib. Könül Nurullayevanın Deputat Qərargahından Newscenter.az-a bildirilib ki, səyyar qəbul zamanı Naxçıvanski 57, 57A, 63, 65A, 69 və 79 saylı binalarda yaşayan sakinlərlə görüş baş tutub, onları narahat edən məsələlər haqqında məlumat toplanılıb və problemlərin müvafiq qurumlara qısa zamanda ünvanlaması məqsədilə qeydiyyata götürülüb.
Bildirilib ki, Bakı şəhəri Nizami rayonu sakinlərini ən çox narahat edən məsələlər su təchizatında yaşanan narahatlıqlar, məhəllələrdə su sayğacların quraşdırılması, kanalizasiya problemi, bina zirzəmilərinin yararsız vəziyyəti, söhbətkeşlərin təmir edilməsi, bloklarda və bina fasadında təmir-bərpa işlərinin aparılması ilə bağlıdır.
Deputat qərargahından o da bildirilib ki, karantin rejiminin qaydalarını əsas tutmaqla səyyar görüşlər mütəmadi şəkildə həyata keçiriləcək.
R.Mehdiyeva