Newscenter.az.28.02.2021. "Nikol Paşinyan erməni cəmiyyətinə və rəqiblərinə göstərməyə çalışır ki, o müqavimətini davam etdirəcək, insanları martın 1-də mitinqə çağırması da bununla bağlıdır. Müxalifət günlərdir Paşinyanı toqquşmayla qorxutmağa çalışır ki, bəlkə könüllü istefa verər, baş nazirin isə cavabı fərqli deyil: “Mübarizəyə hazıram, istefa verməyəcəm”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. Onun sözlərinə görə, belə vəziyyətdə baş qərargah rəisi Onik Qasparyanın hansı addım atacağı diqqət mərkəzinə keçir:
"Əgər ordu Paşinyana itaət etmək istəmirsə, tanklarla, toplarla hərbi çevriliş həyata keçirməlidir, yox əgər hərbi çevrilişin insan ölümünə səbəb olacağını anlayaraq otaqlarından kənara çıxmayacaqlarsa, generalların öz aralarında fikir ayırlığı dərinləşəcək. Paşinyan hazırda polisi, kəşfiyyat idarəsini və XİN-ni nəzarətdə saxlamağa çalışır. Onlar görsələr ki, cəmiyyətdə Paşinyana dəstək kifayət qədərdir, generalların yanında yer almağa risq etməyəcəklər, ancaq cəmiyyətin Paşinyana dəstəyinin azaldığını hiss edən kimi tam əksinə qarşı tərəfə keçəcəklər. Bu hər yerdə belədir, qurumlar güclünün yanında olmaq istəyirlər. Ona görə də Paşinyan və ətrafı çox çalışacaqlar ki, sabakı mitinqə mümkün qədər çox insan toplansın".
Mehman