Newscenter.az.28.02.2021. “Belə bir söz deyirlər ki, İngilis cəsusu Rus cəsusu altında fəaliyyət göstərər. Rus cəsusu isə İngilis cəsusu kimi görsənər. Bu proseslərin mahiyyətini duyduqca adam dəhşətə gəlir”.
Bu gün içtimayətdə və sosial şəbəkələrdə gündəmin müzakirə olan mövzusu Ermənistanda baş verən hadisələr - Rusiya Ermənistan, Ermənistan Rusiya və Avropa tərəflərinin bölgədə savaşı və onun qonşü ölkələrə təsiri mövzusudur. Öncəki yazımda peoseslərin hələlikdə hakimiyyət dəyişikliyinə gətirməyəcəyinə işarə vermişdim. Amma bu proseslərin başlanmasından istifadə edən iqtidar içərilərində olan rus meyilli qüvvələrin vəzifələrindən uzaqlaşdırılmasını müşahidə etddikdə üzdə "heç - heçə" görsənsə də, hələlikdə proseslərin kimin xeyrinə getdiyi görsənməkdədir. Düşünürəm ki. hadisələrin belə inkişafı, o cümlədən ABŞ-nın Rusiyanın Qafqazda davranışının əlehinə münasibət göstərməsi belə əsas verir ki. Rusiyanın bu cəhdlərinin sonu olmayacaqdır. Rusiyanın Ermənistanda məğlubiyyəti tamamilə sona gəldikdən sonra, Ermənistan dövlətinin Rusiyasız yeni strateji münasibətlər sistemini formalaşmağa gətirib çıxaracaqdır. Yeni münasibətlərdə Yerevanın Türkİyə və Azərbaycanla razılaşmaqdan başqa yolu qalmayacaqdır. Çünki Ermənistan cəmiyyəti artıq anlayır ki. onları Rusiya hər zaman öz imperialist maraqlarına görə qonşülarıyla savaşa salıb və ətrafıyla düşmən etmişdir. İndi isə bölgədə Güclü Türküyə və güclü orduya malik Azərbaycan vardır. Bu baxımdan Yerevan münasibətlər sistemində doğru - dürüst olanlardan dərs alıb, ya səhfin düzəltməlidir, ya da bölgədə yox olmalıdır.
Gələk Ermənistan məsələsinə və daxildə olan siyasi qüvvələrin reaksiyasına. Bəziləri elə zənn edir ki. əgər Ermənistanda Rusiya keçmiş adamlarını hakimiyyətə gətirərsə. Azərbaycanda da dəyişiklik olacaq. Siyasi hakimiyyətə iddalı şəxslərin bu cür düşüncəsi əgər dəyişiklik baxımındırsa, buna normal yanaşmaq olar. Amma burda olan anormallıq nədir? İndiyə qədər "Qərbə inteqrasiya" pərdəsi altında Rusiyaya xidmət edənlərin bu cür fikirlər sərgiləməsi gizli sifətlərini bilmədən aşkara çıxarır. Sual verən lazımdır ki. Ermənistanda hakimiyyət dəyişdirən Rusiyanın özünü milli və ya "Qərbə inteqrasiya" adı altında qərbçi göstərən qüvvələrə nə dəxli var? Axı siz Rusiyaya qarşısınız. Çox gülməlidir elə deyilmi? Məsəl var "Kəklik başın soxar qara, arxasından xəbəri olmaz". Qarabağ savaşı vaxtı belələrinin hansı münasibət göstərməsi və Ermənistanda Rusiyanın qalib gəlməsini səbrsizliklə gözləyənlər bu addımlarıyla əslincə illərdi qərb paltarında gizlənmiş əsil mahiyyətlərini ortaya qoydular. Düzdür, bu cür hadisələrin baş verməsi bölgəmizə nə qədər gərginlik və təhlükələr gətirsə də, amma bu gərginliyin içində bu cür sifətlərin açılması da cəmiyyətimiz üçün çox faydalı oldu. Belə bir söz deyirlər ki, İngilis cəsusu Rus cəsusu altında fəaliyyət göstərər. Rus cəsusu isə İngilis cəsusu kimi görsənər. Bu proseslərin mahiyyətini duyduqca adam dəhşətə gəlir. Bunları yazıram ki. qoy xalqımız olanlara diqqət edib, kimin kim olduğunu bilsinlər və qoyun dərisi altında gizlənmiş Rus canavarlarına inanmasınlar.
Hacı Tahir Abbaslı-İslam Demokrat Partiyasının sədri