Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla FAO arasında 2021-2025-ci illəri əhatə edəcək yeni dövr üzrə proqram hazırlanacaq



Newscenter.az.2.03.2021. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda milli, regional və qlobal səciyyəli layihələr həyata keçirir. Sözügedən layihələr əsasən, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, potensialın artırılması, resursların idarə edilməsi, heyvan və bitki xəstəliklərinə qarşı mübarizə, təchizat və digər müvafiq sahələrdə texniki yardımları nəzərdə tutur. Ötən il FAO ilə Azərbaycan arasında sözügedən sahələri əhatə edən bir sıra layihələr həyata keçirilib. Bununla yanaşı, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün FAO ilə əməkdaşlıq edir.

Bu il FAO ilə Azərbaycan əməkdaşlığında prioritet sahələrlə və DİM-lərə nail olmaq üçün görüləcək işlərlə bağlı FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak “Report”a müsahibə verib.

- FAO ilə Azərbaycanın 2021-2025-ci illər üzrə yeni əməkdaşlıq proqramında hansı məsələlər yer alıb? 2021-ci ildə FAO ilə Azərbaycan arasında əməkdaşlıqda prioritet sahələr hansı olacaq?

- FAO 20 ildən çoxdur ki, Azərbaycan hökuməti ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq 5 illik proqram sənədləri əsasında planlaşdırılır və ölkənin ən prioritet sahələrinə dəstək verilməsini hədəfləyir. Azərbaycan hökuməti ilə FAO arasında əməkdaşlıq üzrə çərçivə proqramı ölkədə dayanıqlı kənd təsərrüfatı və ərzaq təlükəsizliyinin təmin edilməsi, meşəçilik və balıqçılıq sahələrində prioritet hesab edilən sahələrin inkişafının dəstəklənməsi üçün müxtəlif tədbirlərin, layihələrin icra edilməsini nəzərdə tutur.

Hazırda Azərbaycan hökuməti ilə FAO arasında əməkdaşlıq üzrə çərçivə proqramının icrasının son ilindəyik və məmnuniyyətlə qeyd etmək istərdik ki, qarşımıza qoyulan hədəflərin əksəriyyətinə nail ola bilmişik. Bu il Azərbaycan höküməti ilə 2021-2025-ci illəri əhatə edəcək yeni dövr üzrə proqramın işlənilməsinə başlayacağıq və yeni proqramda hazırki dövrün tələblərinə, çağırışlarına uyğun tədbirləri planlamaq üçün müzakirələr aparıcalaqdır. Təbii ki, əsas hədəfimiz ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsulları məhsuldarlığın artırılması, ixracın təşviq edilməsi və eləcə də təbii resurslardan daha da səmərəli istifadə etməni artırır. Kənd təsərrüfatı sektoruna investisiya səviyyəsini artırmaq və kiçik və orta ölçülü fermerlərə məsləhət xidmətlərinin və dəstəklərin verilməsini yaxşılaşdırmaq, eləcə də COVID-19-un mənfi təsirlərini azaltmaq üçün bir çox sahə üzrə hökumətlə birgə, əməkdaşlığımız davam edəcək. 2021-ci ildə proqram çərçivəsində FAO kənd təsərrüfatı və dəyər zəncirinin inkişafına həmçinin, kənd yerlərinin inkişafı üçün əlverişli mühitin yaradılmasına dəstək verəcək.

- Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində təşəbbüslərini necə qiymətləndirirsiniz? Bu təşəbbüslərin icrasında Azərbaycan daha hansı işləri görməlidir?

- BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsi üzrə ölkə sənədi (UNSDCF) əsasında BMT-nin Ölkə üzrə İdarə Heyəti (UNCT) Azərbaycanın 2030-cu ilədək DİM-lərə nail olmaq üçün göstərdiyi səylərə dəstəyini davam etdirir. Azərbaycan bu iddialı gündəliyə nail olmaq üçün sosial-iqtisadi və iqlim dəyişikliyi ilə mübarizə sahələrində bir sıra dövlət siyasətlərini həyata keçirir. Azərbaycanın insan kapitalı və institusional bacarıqlarının artırılması ilə nəticələnən siyasəti, strategiyası və tədbirlərə verdiyi töhfələrə dair konkret nümunələr şəklində təşkil edilib. Bizim fəaliyyətlərimiz hökuməti, vətəndaş cəmiyyətini və özəl sektoru təmsil edən tərəfdaşlarımızla yaxından əməkdaşlıq şəraitində həyata keçirilib. Biz, həmçinin, tərəfdaşımız olan inkişaf təşkilatları ilə müxtəlif formalarda əməkdaşlıq edərək Azərbaycan əhalisinin, xüsusilə əhalinin ən həssas qruplarının dayanıqlı inkişafın faydalarından bəhrələnməsi üçün yeni imkanlar yaradırıq.

AO kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və aqrar islahatların uğurlu icrasına töhfə verməyə yönələn və DİM-lərə nail olmaq istiqaməti üzrə bir sıra tədbirlər vasitəsilə Azərbaycan hökumətinə dəstəyini davam etdirir. FAO, həmçinin kənd təsərrüfatı sektorundakı cari və gələcək çağırışlara daha yaxşı cavab verə bilmək üçün dayanıqlı kənd təsərrüfatı üzrə məsləhət xidmətlərinə dair strategiya və çərçivənin hazırlanmasında, kənd təsərrüfatının rəqəmsallaşmasında hökumətə dəstək göstərməyə davam edir.

COVID-19 pandemiyasının səbəb olduğu sarsıntıya baxmayaraq, ölkənin 2030-cu il gündəliyinə nail olma istiqamətində plana uyğun sürətdə irəliləməsini təmin etmək üçün qarşıdakı illərdə Azərbaycan xalqı və hökumət ilə işləməyə davam edəcəyik.
Xəbəri paylaş