Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fironun 3000 illik bilərziyi yoxa çıxıb

Fironun 3000 illik bilərziyi yoxa çıxıb


Misir rəsmiləri Qahirədəki Misir Muzeyində itmiş qədim qolbaqın tapılması üçün ümummilli xəbərdarlıq edib.

Newscenter.az xarici mediaya istinadən bildirir ki, Misirin Turizm və Qədim Əsərlər Nazirliyi muzeyin bərpa laboratoriyasından Firon Amenemopenin dövründən qalma 3000 illik nadir qızıl bilərziyin yoxa çıxdığını açıqlayıb.

Qolbaq lapis lazuli daşları ilə bəzədilib. Nazirlik hadisə ilə bağlı polisə məlumat verdiyini və qolbağın fotoşəkillərini bütün quru, dəniz və hava sərhəd-keçid məntəqələrinə göndərdiyini bildirib. Məqsəd potensial qaçaqmalçılıq cəhdlərinin qarşısını almaqdır.

Misir mətbuatında çıxan xəbərlərə görə, itki artefaktlar gələn ay Romada açılacaq sərgi üçün qablaşdırılarkən aşkar edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş