Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan öz ərazi bütövlüyünü bu antiterror əməliyyatı ilə bərpa etdi

Azərbaycan öz ərazi bütövlüyünü bu antiterror əməliyyatı ilə bərpa etdi


Erməni separatizmi Qarabağda elə kök salmışdır ki, onun kökünü ancaq antiterror əməliyyatı ilə qazımaq olardı. Məsələ ondadır ki, 2020-ci il 44 günlük müharibədən sonra məğlub olmuş erməni separat və terror dəstələri hələ də rus əsgərinin arxasında gizlənib özünü oraların sahibi kimi aparırdı. Fikirləşirdilər ki, Qarabağ ərazisindən onları çıxarmağın heç bir yolu yoxdur. Əslində burda maraqlı məqam o idi ki, bu məsələ həqiqətən də içindən çıxılması mümkünsüz görünən hal idi. Azərbaycan bu separatçı ünsürlərin silahlı hissəsini məhv etsə idi belə yerdə qalan sivil görünüşlü hissəsinin Qarabağdan çıxarılmasını mümkün etməyin yollarını tapmalı idi. Məsələni asanlaşdıran bur durumd isə ondan ibarət idi ki, silahlı qrupların üzvlərinin əksəriyyətinin ailəsi, yaxınları başa düşürdülər ki, onların yaxını hansı ki, Azərbaycana qarşı döyüşüb, əli azərbaycanlıların qanına batıb, əgər ya öləcəksə, ya da Qarabağdan qaçıb gedəcəksə, bu durumda onların da Qarabağda qalması mümkün olmayacaq. Azərbaycan isə 23 sentyabr 2023-cü ildə 24 saatdan da az müddətdə separatçı dəstələrə qarşı apardığı və qalib gələrək onlara ağ bayraq qaldırmağa məcbur etdiyi əməliyyatın adını antiterror əməliyyatı qoymaqla həm Ermənistanın, həm də dünya ictimaiyyətinin reaksiyasını neytrallaşdıra bildi. Məsələ ondadır ki, Qarabağda quruculuq işlərində işləyən işçilərə və polis əməkdaşlarına qarşı təşkil olunmuş partlayışlı terror hadisəsindən sonra Azərbaycanın keçirdiyi və antiterror əməliyyatı adlandırdığı əməliyyata heç kim kəskin reaksiya göstərə bilmədi. Bundan sonra Qarabağ ərazisindəki bütün erməni kütlə ərazini tərk etməyə başladı. Azərbaycan onlara şərait yaratdı ki, ermənilər öz mal-mülklərini, heyvan sürülərini də aparsınlar. Hətta onlara israrla qalmaq, Azərbaycan vətəndaşı olmaq da təklif edildi. Amma ermənilərin demək olar ki, hamısı Qarabağı tərk etdilər, 20-30 erməni xaricində. Beləliklə Azərbaycan öz ərazi bütövlüyünü bu antiterror əməliyyatı ilə bərpa etdi, separatizmin kökünü öz torpaqlarından kəsdi. Dünya birliyi də bunu qəbul etdi.

Azər Qasımov, ƏHD Partiyasının sədrinin müşaviri
Xəbəri paylaş