“Aztelekom”un baş direktoruna daha bir müavin təyin edilib
Tarix: 2-03-2021, 19:57
Newscenter.az.2.03.2021. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC-nin baş direktoruna daha bir müavin təyin olunub.
Newscenter.az xəbər verir ki, bu vəzifə Elman Həsənova həvalə edilib.
Bununla da, dövlət şirkətinin rəhbərliyində müavinlərin sayı 3-ə çatıb.
E.Həsənovun bundan əvvəl “Azərkosmos” ASC-də işlədiyi bildirilir.