Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat şəhidin doğum günündə onun ailə üzvləri ilə görüşdü



Newscenter.az.4.03.2021. Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonundan olan Vətən Müharibəsi iştirakçısı, şəhid Ülvi Pənahovun ailə üzvləri ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili facebook səhifəsində verib. Millət vıkili qeyd edib ki, bu gün şəhid Ülvi Pənahovun cənnətdəki ilk doğum günüdür və bu münasibətlə Ülvinin ailəsi ilə görüşməyi özünı borc bilib:

"Gənc Ülvinin doğmaları üçün dəyərli olan bu gündə onların Keşlə qəsəbəsində yerləşən evlərinə baş çəkdik. İgidimizin ailəsinə baş sağlığı verərək, şəhidimizin əziz ruhunu onun ailə üzvləri ilə birlikdə yenidən dərin hüznlə andıq, şəhidimizin şücaətləri haqqında anası ilə xeyli həmsöhbət olduq".

Ruhiyyə

Xəbəri paylaş