Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Özbəkistan XİN başçıları arasında telefon danışığı olub



Newscenter.az.6.03.2021. Xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən ikitərəfli münasibətlərim inkişafı üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası yaranmış əməkdaşlıq imkanları və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Xəbəri paylaş