Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Əminə Ağazadə şəhid ailələri ilə görüşüb-FOTOLAR



Newscenter.az.6.03.2021. Milli Məclisin deputatı Əminə Ağazadə müntəzəm olaraq millət vəkili seçildiyi Kürdəmir rayonunda vətəndaşlarla görüşlər keçirir. Millət vəkili bu dəfə rayonun Atakişili, Şıxımlı, Yenikənd və Mürtülü kəndlərində şəhid ailələri ilə görüş keçirib.

Newscenter.az xəbər verir ki, deputat şəhid valideyinlərinə başsağlıığı verərək Kürdəmirin igid övladlarının müqəddəs xatirəsinə dərin ehtiramını bildirib. Görüşdə şəhid ailələrinin istək və arzuları dinlənilib, mövcud problemlərln həlli istiqamətində konkret tapşırıqlar verilib.

Deputatın şəhid ailələri ilə görüşündə kənd icra nümayəndələri, bələdiyyə sədrləri və Kürdəmir rayon İcra Hakimiyyətinin məsul işçiləri də iştirak ediblər.

NEWSCENTER.AZ

Xəbəri paylaş