Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda dövlətin bütövlüyü pozulub



Newscenter.az.6.03.2021. Ermənistan Xarici İşlər Nazirliyinin yenə, nəsə sayıqlaması, epileptik tutması tutubdur. XİN-in sözçüsü A. Naqdalyan birdən-birə çıxış edib ki, Zəngəzur ərazisi ilə Azərbaycandan Naxçıvana və Türkiyəyə dəhliz 3 tərəfli razılaşmada heç də nəzərdə tutulmayıb, bunun Laçın dəhlizinə qəti aidiyyəti yoxdur, bu onlara təxribatdır və s. filan.

Bu, Ermənistanda deyəsən, dövlətin bütövlüyü pozulub. Bir ölkənin ki, baş naziri bir söz deyir, prezidenti digər söz, müdafiə nazirliyi bir, XİN isə, bir başqa. Belə sistemsiz, buraxma, xaos ölkə, hələ görünməyib. Bu cür dövlətlə necə dil, tapıb, saziş yaradasn ki, hərəsi bir söz deyir?!
Bir ölkənin XİN bəyanat verir, Zəngəzur dəhlizi barədə razılaşma yoxdur, halbuki, bu razılaşma və müddəaları hər 3 dövlət, Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri tərəfdən imzalanıb və açıq tekstlə hər yerdə, internetdə doludur. 10-u noyabr 2020-ci il bəyanatın, 9-cu maddəsində açıq yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxcıvan arasında nəqliyyat gediş-gəlişi açılır.

Artıq, bizim XİN erməni tərəfin bu çıxışına qarşı əks-bəyanatla İrəvana konkret xəbərdarlıq edib.

Fikrimcə, əgər, Ermənistan tərəf, Zəngəzurdan Naxçıvana dəhliz barədə razılaşmanı pozan hər dəfə bu cür qeyri-ciddi oyunlar çıxarsa, bununla bizim də Laçın dəhlizini bağlamaqda haqqımız, hüququmuz yaranır və biz, qətiyyətlə bu addımı atmalıyıq. Qoy, bu işə qarant, ağsaqqallıq edən Rusiya, irəli çıxsın, bu, erməni tərəfi başa salsın.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş