Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəsulzadənin Neftçalada gizli yaşayan qızı Xalidə Rəsulzadə

Rəsulzadənin Neftçalada gizli yaşayan qızı Xalidə Rəsulzadə


Newscenter.az.6.03.2021. Uzun zaman idi ki, Məmməd Əmin Rəsulzadənin ailə üzvləri barədə müxtəlif yazıları izləyirəm. Mənə maraqlı olan Bakıya Qazaxıstandan gizli yolla gələn qızı Xalidə Rəsulzadənin taleyi idi. Bir dəfə Rəis bəy Rəsulzadəyə də zəng elədim. O, da bu barədə məlumatsız olduğunu dedi. Mən bu işin dalınca düşüb Qazaxıstandan başlayan və Neftçalada izi itən bir səfəri araşdırmağa başladım..

1916-cı ildə Məhəmməd Əmin Rəsulzadənin ailəsində doğulub. Rəsulzadə ailəsinə olan repressiyaya məruz qalan Xalidə Qazaxıstanın Taldı Kurqan ərazisində sürgün həyatı yaşamağa başlayır.

1940-cı ildə Ümbulbanu xanımın vəfatından sonra kiçik övladlar Azərlə Xalidə tək qalırlar. Artıq ailə darmadağın olunur. Xalidə xanım sürgündə nənəsi
Maral xanımı, anası Ümbülbanu xanımı qürbət torpaqda dəfn edir. Bundan sonra isə faciə növbəsi ona çatır. 24 yaşında ikən Qazaxıstandan baş götürüb Bakıya qaçmağı planlaşdırır. O, 1943-cü ildə Qazaxıstan- Azərbaycan səfəri edən gəmiyə bilet əldə edir. Qulluqçular olan otaqda qalan Xalidə Bakıya çatan kimi İçərişəhərə, qohumu Seyid Hüseynin evinə gedir. Qeyd edim ki, Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı Ümgülsüm Sadıqzadə ilə ailəli olan və 1938-ci ildə güllələnən Seyid Hüseynin evində gizli yaşayır. Lakin o, izlədiyini anlayır və Bakıdan qaçmaq üçün dəmiryolu vağzalına gəlir və bilet alır. İlkin versiyaya görə Şamaxıya getmək planı olan Xalidə, onun dalınca düşən iki xüsusi xidmət orqanı işçisini görüb bileti dəyişir. Neftçala ərazisindən keçəndə agentlər onu saxlayırlar və qatardan düşürlər. Bir neçə saat milis idarəsində qalan Xalidənin taleyini həll etmək üçün Bakıya, ordan da Moksvaya zənglər edilir. Qərar belə olur. Onu gizlətmək.

Xalidə Rəsulzadənin Neftçalada bir varianta görə Bankə, digər varianta görə isə adalardan birində yerləşdirirlər. Ad soyadını dəyişdirən Xalidə Rəsulzadə barədə bundan sonra heç bir məlumat yoxdur. Neftaçalaya gedib bunu araşdıran zaman bir neçə ağsaqqala görüşdüm. Onlar da deyirdilər ki, o zaman Neftçalada belə şayiə gəzirdi ki, "bəyin bacısını gətiriblər".

Düzü arxivdlərdə Xalidə Rəsulzadənin Neftçalada hansı adla və soyadla saxlanması barədə heç bir məlumat indiyə qədər tapa bilməmişəm...amma mütləq bir gün o sənəd üzə çıxacaq..

Dosent Zaur Əliyev
Xəbəri paylaş