Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsinin qadın sakinləri ilə görüş keçirilib



Newscenter.az.7.03.2021. "Qocalar evi" kimi tanınan Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsinin qadın sakinləri ilə görüş keçirilib.

Newscenter.az-ın xəbərinə görə, görüş iştirakçılarını 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov qeyd edib ki, hazırda Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsində 95 ahıl qadına xidmət göstərilir.
Ən yaşlı qadın sakinin isə 94 yaşı var.

Onlar burda hər cür qayğı ilə əhatə olunublar. Ahılların yaşayışı, keyfiyyətli sosial xidmətlərlə təmin olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün müasir tələblərə cavab verən şərait mövcuddur. Sakinlər həmçinin daimi olaraq yaşayış şəraiti, qida, geyim və ilkin tibbi xidmətlə təmin olunurlar.
Sonra müəssisənin sakinləri söz alaraq göstərilən diqqətə və onlara yaradılan şəraitə görə minnətdar olduqlarını bildiriblər.

Ruhiyyə
Xəbəri paylaş